YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Hüseynov: Gənclərimizin əsl vətəndaş kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var

«Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var».  Bu fikri Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.

S.Hüseynov bildirib ki, Ulu öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması olub. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

«Bu gün gənclər dövlətimizin ətrafında sıx birləşərək, ölkəmizin daha yaxşı gələcəyi üçün əməyini əsirgəməməyə hazırdır. 1995-ci ildə Ümummilli liderin siyasətinin nəticəsi olaraq yaradılan Gənclər Təşkilatları Milli Şurasının da məqsədi məhz dövlətçilik ənənələrimizə sadiq qalaraq, gənclər təşkilatlarının milli və beynəlxalq səviyyədə əlaqələndirilməsini təmin etmək olmuşdur. Milli Şura Gənclər və İdman Nazirliyi ilə birgə, Ümummilli Liderin iştirakı ilə 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin birinci, 1999-cu ildə isə ikinci forumlarını keçirib. Milli Şura bu gündə Ulu öndərin vəsiətlərini yerinə yetirməyə, cənab Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş ölkəmizin prioritetlərinin, dövlətimizin siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə çalışır, üzvü olan gənclər təşkilatları ilə birlikdə Azərbaycan gənclərini dövlətçiliyimizin keşiyində durmağa daim hazır olması üçün yetişdirir»-deyə, S.Hüseynov qeyd edib.