YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur

«Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin ən böyük nəticələrindən biri azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olub». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, görkəmli dövlət xadimi müstəqilliyimizin ilk illərində respublikanın gələcək uğurlu inkişafı üçün ideoloji hədəflər müəyyənləşdirib, Azərbaycanda əsrlərboyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini dövlət siyasəti müstəvisinə keçirib.

«Məhz Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlət kimi ölkəmizin möhkəmləndirilməsinə və inkişafına yönəldilib. Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanması əsas yer tutur. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Azərbaycan dövləti irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir»-deyə, nazir müavini vurğulayıb.