YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təntənəli tədbir keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirib, Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. “Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq”, - deyə Hikmət Şikarov vurğulayıb.

Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz Liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün, eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dəmirin yolu” sənədli filmi nümayiş etdirilib.

Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP vəsiqələrini təqdim edib.