YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Prezident İlham Əliyevi təbrik edib

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən böyük şərəf və məmnunluq hissi keçirirəm.

Ölkəmizdə baş verən münaqişənin başa çatması istiqamətində nümayiş etdirdiyiniz mövqe, xüsusilə də Kolumbiyada nar bağlarının salınması ilə bağlı layihəyə göstərdiyiniz dəstək, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər, hər iki ölkədə diplomatik nümayəndəliklərin açılması, qarşılıqlı maraqlara xidmət edən sazişlərin imzalanması sayəsində son 8 il ərzində ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf etmişdir.

Hər iki ölkə arasında mədəniyyət, ticarət, investisiya sahələrində əməkdaşlığa təkan vermək üçün imkanların daha genişləndirilməsinə Kolumbiyanın hər zaman hazır olduğunu bir daha vurğulamaq istəyirəm”.