YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Qudlat: ABŞ Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət proritetləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri barəsində məlumat verib.

Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışan E.Məmmədyarov beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də tələb etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Robert Qudlat ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini bildirib və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər vəd etdiyini əlavə edib.

Görüşdə, həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.