YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı məktəblilər arasında “Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın qalibiyyətinin təntənəsidir” mövzusunda inşa müsabiqəsi keçirib

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirləri davam etdirir. Tədbirlər çərçivəsində rayonun ümumtəhsil məktəblərində “Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın qalibiyyətinin təntənəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı titanik xidmətlərindən və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və qüdrətlənməsi rolunu işıqlandıran, nurlu ideyalarının əbədiliyindən danışıb.

Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov məktəblilərə uğurlar  diləyərək onların Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət ruhunda böyümələri üçün bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, YAP Bərdə rayon təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən müsadiqədə qalib olmaq uğrunda rayonun 30 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.