YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Azərbaycanın beynəlxalq nüfuzu böyük tədbirlərin ölkəmizdə keçirilməsinə şərait yaradır

«Hər hansı beynəlxalq əhəmiyyətli tədbirin paytaxt Bakıda keçirilməsi, bu tədbirin təşkilatçılarının ölkəmizə etimad göstərməsi, dünyada Azərbaycana olan münasibəti nümayiş etdirir». Bu fikri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksək olması da belə tədbirlərin keçirilmə məkanı kimi Bakı şəhərinin seçilməsinə şərait yaradır. Onun sözlərinə görə, Azərbaycandakı ictimai-siyasi sabitlik, təhlükəsizlik, xalq-iqtidar birliyi, demokratik dəyərlərin qorunması, bütün dinlərə, mədəniyyətlərə hörmət, dözümlülük və sair beynəlxalq aləmin diqqətini çəkir.

«Belə olan halda beynəlxalq əhəmiyyətli hər hansı tədbirin ölkəmizdə keçirilməsinə hər hansı etiraz olmur. Əksinə, həmin tədbirin təşkilatçıları Azərbaycana etimad göstərirlər. Zaman-zaman Azərbaycanda ən yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi bu etimadı daha da artırıb. Bir neçə gün ərzində paytaxt Bakıda keçirilən Formula 1 yarışları da bu qəbildəndir. Şübhə etmirəm ki, bu yarışlar azarkeşlərə maraqlı anlar yaşadıb. Eyni zamanda, ölkəmizin beynəlxalq imicinin artmasında da Formula 1 Azərbaycan Qran-Prisi mühüm rol oynayıb. Digər tərəfdən, beynəlxalq tədbirlərə yüksək səviyyədə təşkilatçılıq etmək Azərbaycana bu sahədə yerli mütəxəssislər qazandırıb. Hansı ki, ötən il Aşqabadda keçirilən Asiya Oyunlarında təşkilatçılıq məsələləri ilə bağlı azərbaycanlı mütəxəssislərin əməyindən də istifadə olunub»-deyə, A.Əliyev vurğulayıb.