YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Ağdaş rayonu Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzaladı.

Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.