YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Zərifə Əliyeva Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir

«Yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. O, tibb elminin ən çətin və az tədqiq edilmiş sahələrindən biri olan oftalmologiyanı seçib, bütün elmi fəaliyyəti boyunca bu sahənin həll olunmamış problemlərinin tədqiqi ilə məşğul olub və bu sahədə çox böyük nailiyyətlər əldə edib». Bu fikirləri Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Zərifə Əliyeva həm müəllim, həm də həkim kimi fəaliyyət göstərib və hər zaman insansevərliyi, qayğıkeşliyi, ədalətliliyi ilə fərqlənib, intellektli, savadlı və dövlətçiliyimizə bağlı mütəxəssislər yetişdirməyi hər şeydən üstün tutub.

«Yalnız savadlı həkim, əsl pedaqoq və güclü psixoloq olan insan bu mənəvi hissləri özündə cəmləşdirə bilərdi. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alim, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirib. Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir»-deyə, deputat qeyd edib.