YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir

«Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Zərifə xanım Azərbaycan oftalmologiya elmini nəinki SSRİ məkanında, hətta dünyada tanıdıb. O, böyük səhiyyə təşkilatçısı Zərifə Əliyevanın yetişməsində onun doğulub boya-başa çatdığı mühitin də rolu olduğunu diqqətə çatdırıb.

«Zərifə xanım Əliyeva sadəlik və xeyirxahlıq mücəssəməsi, Azərbaycan qadınının mükəmməl nümunəsi idi. Onun ömür yolu həkimlik peşəsini özlərinə həyat yolu seçən gənclər üçün örnəkdir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb»-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv