YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri kifayət qədər genişdir

«Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Son illərdə Azərbaycanla Türkiyə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış edirlər». Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Onun sözlərinə görə, İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir. 
«Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. Prezident İlham Əliyevin Türkiyəyə növbəti rəsmi səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib, həmçinin iki ölkə arasında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlərin bəziləri iqtisadi bloku əhatə edir. Bütövlükdə deyə bilərik ki, Türkiyə ilə Azərbaycan Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib edirlər. İki ölkənin fəal iştirakı ilə reallaşdırılan layihələr yalnız iqtisadi səmərə baxımından önəmli deyil. Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələr regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirir» - deyə, deputat qeyd edib.