YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Azərbaycan cəmiyyəti beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyir

«Azərbaycan cəmiyyəti beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyir». Bu fikri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Azərbaycanın bir milyondan çox vətəndaşının hüququ Ermənistan tərəfindən pozulur. Onun sözlərinə görə, işğal nəticəsində bu insanlar doğma torpaqlarında yaşamaq hüququndan məhrum olublar.

«Beynəlxalq təşkilatlar bu fakta ciddi diqqət yetirməlidir. Xüsusilə insan hüquqları ilə məşğul olan qurumlar bu insanların hüquqlarının bərpası istiqamətində əməli addımlar atmalıdır. Amma təəssüf ki, onlar bu məsələyə laqeyd yanışır, əvəzində müxtəlif cinayətlər törətmiş şəxslərin müdafiəçilərinə çevrilirlər. Ona görə də, cəmiyyətimizdə həmin təşkilatlara qarşı etimadsızlıq var»- deyə, F.Ağamalı vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv