YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva şəhərinin meri Sergey Sobyanin Prezident İlham Əliyevə təbrik ünvanladı

Rusiya Federasiyası Moskva şəhərinin meri Sergey Sobyanin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcəkdir.

Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir.

Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq.

Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələri qardaş xalqlarımızın tərəqqisi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik”.