YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan və Türkiyə regionda böyük layihələr reallaşdırmaqla beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirirlər

«Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq uğurla inkişaf edir». Bu fikri yap.org.az saytına Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan- Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasının keçirilməsi və iclasda bir sıra vacib məsələlərin müzakirə olunması bir daha hər iki ölkənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirir. Onun sözlərinə görə, bu iki dövləti həm də olduqca dərin tarixi köklər bir-birinə bağlayır. Hər iki dövlət strateji müttəfiqlərdir və bu amil münasibətlərin inkişafında vacib rol oynayır.

«Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “Bir millət, iki dövlətik”. Azərbaycan ilə Türkiyənin münasibətləri bu prinsip, ideya əsasında daha da genişlənir və möhkəmlənir. Azərbaycan- Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında dövlət başçıları münasibətlərin inkişafı ilə bağlı mühüm bəyanatlar verdilər. Azərbaycan və Türkiyə regionda böyük layihələr reallaşdırmaqla beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirirlər. Münasibətlərin uğurlu inkişafı dövlətlərimizin birliyini daha da gücləndirəcək»-deyə, N.Cəfərov vurğulayıb.