YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti əks etdirən əsərlərin yazılması böyük əhəmiyyət kəsb edir

«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti əks etdirən əsərlərin yazılması böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bəzi dairələr bu münaqişəni sivilizasiyalararası problem kimi təqdim etməyə çalışır. Onun sözlərinə görə, bu heç də belə deyil.

«Dağlıq Qarabağ münaqişəsi sivilizasiyaların toqquşması deyil. Ermənistan hər zaman problemə müxtəlif don geyindirməyə çalışıb. Amma dövlətimizin səyləri, həyata keçirdiyi siyasət nəticəsində işğalçı dövlət ifşa olunur. Bu mənada Qarabağ həqiqətləri  ilə bağlı nəşr olunan elmi-tarixi əsərlər də mühüm əhəmiyyət kəsb edir»- deyə, B.Əliyev qeyd edib.