YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın gələcəyi gənclərə məxsusdur

YAP Gəncə şəhər təşkilatı partiya sıralarına yeni üzv olan gənclərlə görüş keçirib.

Görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən respublika rəhbəri olmasından sonra ölkənin inkişafından, tərəqqisindən danışıb. Dinamik inkişafın Azərbaycan vətəndaşlarında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını bildirib.

YAP Gəncə şəhər təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov çıxış edərək, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının qarşısında geniş imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini söyləyib. Gəncə gənclərinin ölkə Prezidenti,Yeni Azərbaycan Partiyanın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına  geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Prezident cənab İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Tələbələrdən Elnara Aslanova, Nərmin Verdiyeva, Nurlana Əslibəyova, Fədai Həbibi isə çıxışlarında YAP-ın üzvü olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.

Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv