YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycana gələcək

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycana gələcək.

OPEC-in baş katibi mayın 30-31-də Bakıda keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransında iştirak edəcək. M.Barkindo “Caspian Oil & Gas” konfransının “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər – neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar” adlı plenar sessiyada məruzəçi qismində çıxış edəcək. Həmin sessiyada Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun vitse-prezidenti İbrahim Assaden və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun məruzələri dinləniləcək.