YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafayeva: İnsan hüquqları sahəsində qanunvericilik kifayət qədər mükəmməldir

«İnsan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq birlik tərəfindən ikili yanaşma görürük». Bu fikri AMEA-nın Konflikologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı dövlətimizin ali prinsiplərindəndir. Onun sözlərinə görə, bu hüquq Konstitusiyamızda tam təsbit olunub.

«Eyni zamanda, insan hüquqları sahəsində qanunvericilik də kifayət qədər mükəmməldir. Milli Məclisin qəbul etdiyi qanunlarla yanaşı, dövlətimiz bir sıra beynəxalq konvensiyalara da qoşulub. Bu baxımdan, Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlərin olduğunu iddia edənlər yanılırlar. Yaxşı olar ki, onlar problemi özlərində axtarmasınlar»- deyə, A.Mustafayeva vurğulayıb.