YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şeyxülislam hacı Allahşükür Paşazadə yəhudiləri təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Roş-xa-Şana bayramı münasibətilə Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayevi və Avropa Yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviçi təbrik edib.

QMİ-dən verilən məlumata görə, şeyxülislamın təbrik məktubunda deyilir:

"Sizi və Sizin simanızda Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan can sağlığı, rifah və səadət diləyirəm.

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.

Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri sayan dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyə ilə qarşılayırlar.

Qoy Uca Yaradan bu Yeni il Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin! AMİN!"