YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur

«Erməni terrorizmi təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaradıb». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Ermənistan öz şovinist dövlət siyasətinin məqsədlərinə çatmaq üçün informasiya müharibəsinin alətlərindən istifadə edir. Onun sözlərinə görə, internet mediası məkanında, sosial şəbəkələrdə təxribatla, yalan məlumatların yayılması, tarixi faktların saxtalaşdırılması ilə məşğul olur.

«Ancaq zaman göstərir ki, düşmən tərəfindən atılan bütün addımlar əbəsdir. Bu gün əminliklə demək olar ki, Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur. Gənclərimiz bu gün informasiya müharibəsində çox fəal iştirak edirlər. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı, ordusu güclənib və gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazırdırlar və buna qadirdirlər»-deyə, deputat qeyd edib.