YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur “Voca People” qrupu Bakıda ilk dəfə çıxış edəcək

Məşhur “Voca People” qrupu oktyabrın 10-11-də Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

Qrup oktyabrın 10-da Heydər Əliyev Mərkəzində, oktyabrın 11-də isə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək “V1 Challenge Azerbaijan” yarışının “Bakı Kristal Zalı”ndakı təqdimat şousunda səhnəyə çıxacaq.

Heydər Əliyev Mərkəzindən  bildiriblər ki, “Voca People” Bakı tamaşaçılarına incə yumor, gözəl səslər və maraqlı repertuarı özündə cəmləşdirən proqram təqdim edəcək. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou izləyicilərin zövqünü oxşayacaq.

Qeyd edək ki, İsrailin “Voca People” qrupu 2009-cu ildə yaradılıb. Mini-teatrın 8 üzvü səhnəyə ağ kostyumda və ağ qrimdə çıxır. Şounun süjet xəttinə görə, Voka planeti sakinlərinin gəmisi tanımadıqları Yerdə məcburi eniş edirlər. Onlar musiqidən enerji toplayan gəmilərini işə salmaq üçün Yer sakinlərinin mahnıları ilə tanış olurlar.

“Voca People” qrupunun repertuarına dünyanın 70-dən artıq məşhur mahnısı daxildir. İfaçılar çıxışları zamanı truba, baraban, gitara, skripka, royal və digər musiqi alətlərinin səslərini imitasiya edirlər. Qrup indiyə qədər ABŞ, İspaniya, İtaliya, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə çıxış edib.