YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası adından Çanaqqala Şəhidlər xiyabanının önünə əklil qoyulub

Türkiyənin Çanaqqala şəhərində Çanaqqalada quru döyüşlərinin başlanmasının 103-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Azərbaycan Respublikası adından Çanaqqala Şəhidlər xiyabanındakı abidə önünə əklil qoyulub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici hökumət və dövlət nümayəndələrinin, Ankarada akkreditasiya olunan diplomatik korpusun təmsilçilərinin, ölkə ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən mərasimdə Azərbaycan da təmsil olunub. Ölkəmiz adından səfirliyin konsulu Şöhrət Mustafayev mərasimdə iştirak edib.

Çanaqqala şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Türkiyə Silahlı Qüvvələrinin qırıcıları möhtəşəm uçuşlar nümayiş etdiriblər.

Mərasim müxtəlif proqramlarla davam edib.