YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveyt Dövlətinin Baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Prezident İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzulayıram”.