YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın Baş naziri Mariano Rahoy Brey Prezident İlham Əliyevə təbrik ünvanaldı

İspaniyanın Baş naziri Mariano Rahoy Brey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik ünvanaldı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.