YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib

«Son 15 ildə əhalinin gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılmasının əyani göstəricisidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnib. Onun sözlərinə görə, bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirib.

«Ölkəmizdə uğurla reallaşdırılan sosial inkişaf doktrinasının strateji istiqamətlərindən biri kimi artmaqda olan iqtisadi potensial sosial sferada yüksək hədəflərin reallaşmasına əsaslı şərait yaradıb, mövcud sosial müdafiə sistemi bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulub. 
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf və islahatlar kursu ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı sisteminə uyğun səmərəli siyasət həyata keçirilməklə cəmiyyətin həyatının möhkəm sosial əsaslarının yaradılmasını şərtləndirən, bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan, adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyən, qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükləri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kapitalının inkişafına hərtərəfli şərait yaradan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin edib»-deyə, M.Quliyev söyləyib.