YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli, şəffaf şəraitdə keçirilib

Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi tam siyasi rəqabət mühitində və əsas hüquq və azadlıqların təmin edildiyi şəraitdə keçirilib. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib, ədalətli şəffaf şəraitdə baş tutub. Beynəlxalq və yerli təşkilatların həyata keçirdiyi seçkiqabağı sorğuların, eləcə də “exit-poll”arın yekunları seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bir daha seçkilərin seçicilərimizin iradəsini tam əks etdirdiyini göstərdi.

Bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.

Diqqətə çatdırıb ki, seçki kampaniyası müddətində namizədlər televiziya kanallarında sərbəst çıxış edib, seçiciləri ilə müntəzəm görüşlər keçiriblər. Qanunvericiliyə uyğun olaraq ictimai kanalda namizədlərə pulsuz efir vaxtı ayrılıb və seçki kampaniyası tam ictimai marağı cəlb edib.

Beynəlxalq müşahidəçilər etiraf ediblər ki, seçki öncəsi və səsvermə günü seçki idarəçiliyi yüksək səviyyədə təşkil olunub. MSK müntəzəm olaraq ictimai debatlar keçirib. 58175 yerli müşahidəçi, 4041 QHT nümayəndəsi müşahidəçi kimi qeydə alınıb.

“Azərbaycanın seçki məcəlləsi müfəssəl tərtib edilib və son seçkilərdə mühüm rol oynayıb. Seçkilər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, AŞPA və digər beynəlxalq qurumlar tərəfindən sərbəst şəkildə müşahidə edilib. Bütün bunları nəzərə alaraq DTİHB-nin bəyanatını anlamaq mümkün deyil, o qərəzlidir. Onu qeyri-obyektiv və ədalətsiz hesab edirik”, - deyə E.Həsənov vurğulayıb.

O, Avropa Şurasının sədri Donald Tusk və digər rəsmlərin Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik etdiklərini diqqətə çatdırıb.

“Düşünürəm ki, birgə dəyərlərimiz və maraqlarımız çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmalı və bölgədəki sabitlik və rifah naminə əzmlə çalışmalıyıq”, - deyə E.Həsənov avropalı həmkarlarını birliyə səsləyib.