YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı sahibkarlar Vaşinqtonda keçiriləcək sərmayə sammitinə dəvət olunublar

Vaşinqton şəhərində "Select USA" adlı sərmayə sammiti keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, ABŞ-ın Ticarət Departamenti və Dövlət Departamentinin dəstəyi ilə iyunun 20-22-də Vaşinqton şəhərində "Select USA " adlı sərmayə sammiti təşkil olunacaq.

“Select USA” proqramı çərçivəsində keçirilən bu sammit müxtəlif ölkələrdən ABŞ-a sərmayədarların cəlb olunması, həmçinin ABŞ şirkətlərinin beynəlxalq sərmayədarlarla birbaşa əlaqə yaratması və imkanların bölüşdürülməsi üçün platforma rolunu oynayır. Azərbaycanın işgüzar dairələri tədbirdə iştiraka dəvət olunur.