YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik

Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir deyib: "Biz Rusiya tərəfinə Azərbaycanın 5 illik istehsal planları ilə bağlı məlumat vermişik ki, onlar da öz idxal-ixrac əməliyyatlarında nəzərə alsınlar. Azərbaycanın çox böyük proqramları var. Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük işlər aparırıq. Biz məhsuldarlığın artırılması hesabına məhsul istehsalını artırmaq niyyətindəyik. Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir".