YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində milli maraqlarımız dayanır

«Bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, sabitliyi şərtləndirən amil Prezident  İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir.

«Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dövlət və milli maraqlarımız dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir. Bütün bu nailiyyətlər isə Azərbaycanda ictimai-siyasi sabitliyi şərtləndirir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.