YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Sinqapur arasında iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin zəruriliyi qeyd olunub

Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda sinqapurlu həmkarı K Şanmuqan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında münasibətlərin cari durumunu yüksək qiymətləndirib, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin qarşılıqlı səfərlərin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar.

Nazir sinqapurlu həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

E.Məmmədyarov K Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət edib. Sinqapurlu nazir dəvəti məmnuniyyətlə qəbul edib.