YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Məmnun Hüseyn: Pakistan və Azərbaycan strateji tərəfdaşlardır

“Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik”. Bu sətirlər Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrikində yer almışdır.