YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları “F-16” təyyarələrində uçuşlar keçirirlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, sentyabrın 24-də təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotların bu tipli təyyarələrin idarə olunması üzrə peşəkar bacarığı və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.