YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik ünvanaldı

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanaldı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Gözəl ölkənizdə əldə etdiyiniz misilsiz nailiyyətlərə görə Sizi təbrik etməkdən şərəf duyur və Qüdrətli Allahdan xalqınızın daha böyük tərəqqi arzularını yerinə yetirmək üçün ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm”.