YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanaldı

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanaldı.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm”.