YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib.

"700 min ağac əkək" kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Pirallahı rayon təşkilatının fəalları, idarə heyəti və partiyanın Pirallahı rayon təşkilatı aparatının əməkdaşları iştirak etmişdilər. Aksiyada 250-dən çox şam ağacı və digər növ ağaclar  mərkəzi  magistral yol boyunca əkilmiş, eyni zamanda əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir.