YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: İdarəçiliyin qeyri-normal olması Ermənistanda psixoloji böhran yaradıb

«Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsi əleyhinə keçirilən güclü etiraz aksiyalarının səbəbi ölkəni bürümüş dərin siyasi, sosial-iqtisadi böhrandır. Uzun müddətdir ki, Serj Sarkisyan güc və silah vasitəsilə ölkəni idarə edir və vətəndaşlar da bundan əziyyət çəkirlər». Bu fikirləri  Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, idarəçiliyin qeyri-normal olması Ermənistanda psixoloji böhran yaradıb. Onun sözlərinə görə, əgər Serj Sarkisyan əvvəlki illərdə yaxşı prezident olsaydı ermənilər onun baş nazir postuna gəlməsinə də etiraz etməzdilər.

«Bu narazılıq Ermənistanda hökm sürən ümumi böhranın tərkib hissəsidir. Hadisələrin gedişi göstərir ki, yaxın vaxtlarda Ermənistanda daha böyük qarşıdurmalar baş verəcək. Bütün bu hadisələr Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən köçməsinə gətirib çıxarıb. Artıq Ermənistanda silaha arxalanaraq dövləti idarə edənlərin sosial dayağı yoxdur. Mitinq iştirakçılarına qarşı zor işlədilməsi, qan tökülməsi Ermənistanın demokratiyadan uzaq bir ölkə olduğunu göstərir»-deyə, M.Qasımlı vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv