YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərid Cəfərov: Gənclər Fondu Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirəcək

«Bu il ölkəmiz üçün xüsusilə əlamətdar ildir. Yüz il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti sonrakı dövrlərdə müasir müstəqil Azərbaycan dövlətinin yaranması üçün əsaslı zəmin yaradıb. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Sərəncama əsasən, bu münasibətlə il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Gənclər Fondu da bu sırada istisna deyil». Bu fikirləri Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov bildirib ki, fond həm Bakıda, həm də regionlarda gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirəcək. Onun sözlərinə görə, bu tədbirlər gənclərin maariflənməsi ilə yanaşı, xalqımızın demokratik ənənələrinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə yönələcək.

«Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə sadiqliyinin, qabaqcıl addımlarının, xüsusən də ABŞ-dan və Avropanın inkişaf etmiş ölkələrindən daha əvvəl qadınlara seçki hüquqlarının verilməsi və s. amilləri geniş təbliğ etməyə, xaricdə və ölkə gəncləri arasında yaymağa çalışacağıq. Bu tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə də təşkil ediləcək. Eyni zamanda, Bakıda geniş kütləvi tədbirlərin keçirilməsini planlaşdırırıq»-deyə, icraçı direktor qeyd edib.