YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik ünvanladı

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Yeni Prezidentlik dövründə də ölkənizi tərəqqi yolu ilə irəli aparacağınıza əminəm.

Xorvatiya ilə Azərbaycan arasında münasibətlər xalqlarımızın mənafeyi naminə inkişaf etməkdədir. Bu baxımdan Sizin xalqlarımız arasındakı dost münasibətlərin gücləndirilməsinə şəxsi töhfənizə və qətiyyətinizə inanıram. Bu xoş fürsətdən istifadə edərək, mən qarşılıqlı münasibətlərimizin inkişafının təşviqi üçün əlimdən gələni etməkdə qərarlı olduğumu bildirmək istəyirəm”.

 

DİGƏR Xəbərlər Arxiv