YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Prezident İlham Əliyevi təbrik edib

Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Avropada yaşayan və fəaliyyət göstərən Azərbaycan icmaları xalqımızın bu düzgün seçimini dəstəkləyir və məmnunluqlarını ifadə edirlər.

Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Konqresi Azərbaycan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasəti bəyənir, ona hər zaman yüksək dəstək verir.

Biz – Avropa azərbaycanlıları tarixi vətənimizin bundan sonra da çiçəklənməsini, xalqımızın rifahının daha da yüksəlməsini arzulayır və Sizə bu çətin vəzifədə uğurlar diləyirik.

Sizə cansağlığı və bundan sonrakı prezidentlik dövrünüzdə müvəffəqiyyətlər arzu edirik”.