YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı tərəfindən ” «700 min  ağac əkək!» kampaniyası çərçivəsində növbəti aksiya keçirilib. YAP üzvləri bu aksiyaya prezident seçkilərində partiyanın liderinin qazandığı böyük qələbədən sonra yüksək bayram əhval ruhiyyəsi ilə qoşulublar.

Bu aksiya çox böyük ruh yüksəkliyi və iştirakçıların fəallığı şəriatində keçirilib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin tabeliyində olan Bərdə rayonunun Əyricə kəndində yerləşən meşə zolağında reallaşıdırılıb. Aksiyada 9 hektar ərazidə 4500 nar ağacı tingi əkilib.