YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib

Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır.

Bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, biz minlərlə hektar torpağa nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü göstərir, Azərbaycan xalqının yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

Dövlətimizin başçısı vurğulayıb ki, ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini torpaqlar işğaldan azad olunandan sonra biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilərlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq.