YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi: İlham Əliyevin qələbəsi təkcə demokratiyanın təntənəsi deyil, həm də Azərbaycan xalqının qələbəsidir

İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi təkcə onun qələbəsi deyildir, bütün Azərbaycan xalqının qələbəsidir və bundan ilk növbədə xalqın özü udub. Bu sözləri Misirin nüfuzlu siyasi şərhçisi, Yaxın Şərq Xəbərlər Agentliyinin (MENA) baş redaktorunun müavini Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi  müsahibəsində söyləyib.

Azərbaycan dövlətinin başçısının sabitliyin və tərəqqinin təmin edilməsinə yönəlmiş çoxşaxəli fəaliyyətini qarşıdan gələn dövrdə də davam etdirəcəyini vurğulayan misirli siyasi şərhçi deyib: “Prezident İlham Əliyev sərrast siyasi baxışları və uzaqgörənliyi ilə seçilən siyasətçidir. O, addımbaaddım ölkəni böyük uğurlara və işıqlı gələcəyə aparır”.

Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi qeyd edib ki, 25 il əvvəl Azərbaycanda yaranmış vəziyyəti yada salmaq kifayətdir. Onda ölkə müharibə, gərginlik və qeyri-müəyyənlik vəziyyətində idi. Siyasi şərhçi deyib: “İlham Əliyev ümummilli lider Heydər Əliyevin kursunu davam etdirərək, ölkədə sabitliyi və təhlükəsizliyi, bütün sahələrdə inkişafı təmin edə bildi”.

Azərbaycan iqtisadiyyatının daimi və sürətli inkişafının müşahidə olunduğunu diqqətə çatdıran siyasi şərhçi bildirib: “Bu, təsadüfi deyildir, iqtisadi potensialın möhkəmlənməsinə həmişə böyük diqqət yetirən, istər hər bir vətəndaşın, istərsə də bütövlükdə ölkənin həyat səviyyəsinin artırılması üçün irimiqyaslı planlar və layihələr həyata keçirən İlham Əliyevin inadlı səylərinin nəticəsidir”.

X.Ğabaşi vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bir çox beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub, beynəlxalq arenada böyük rol oynayıb.

O deyib: “Diqqətəlayiq haldır ki, seçkilərdə iştirakın səviyyəsi çox yüksək - 75 faiz olub. Bir çox ölkələrlə müqayisədə bu rəqəm çox böyük göstəricidir. Həm də prezident seçkiləri yüzlərlə yerli və beynəlxalq müşahidəçinin iştirakı ilə ədalətli və şəffaf keçib. Şübhəsiz ki, bu seçkilər təkcə Azərbaycanda demokratiyanın təntənəsi olmayıb, həm də xalqın öz liderinə, onun yürütdüyü siyasi və sosial-iqtisadi kursa etimadının təsdiqi olub. Seçkilər xalqın istəyini tam əks etdirib”.

X.Ğabaşi fikrini belə tamamlayıb: “Qeyd edim ki, İlham Əliyevin seçilməsi təkcə müsəlman və ərəb ölkələri tərəfindən deyil, həm də dünyanın bütün digər ölkələri tərəfindən alqışlanıb. İlham Əliyev hadisələrə sərrast baxışı olan şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan sanballı uğurlar əldə edib, dünyanın müxtəlif ölkələri ilə möhkəm münasibətlər qurub və beynəlxalq arenada böyük nüfuz qazanıb. Bununla yanaşı, Azərbaycan zamanla və müasirliklə ayaqlaşır.”