YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sloveniyanın dövlət katibi: ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir

ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir.

Bunu ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunda Sloveniyanın sədrliyinin açılışı mərasimində ölkənin xarici işlər nazirliyinin dövlət katibi Andrey Loqar deyib:

“ATƏT regionunda həlli uzanmış münaqişələr, silahlanma üzərində nəzarətlə bağlı problemlər, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı böhran, radikallaşmanın güclənməsi, terrorçuluq fəaliyyətinin genişləndirilməsi bizim tam diqqətimizi tələb edən məsələlərdən bəziləridir. İndi üzv dövlətlər arasında açıq dialoq üçün hər zamankından daha çox tələbat var”.

Qeyd edək ki, ATƏT məkanında həlli uzanmış münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.