YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Azərbaycan-AŞPA əlaqələri müzakirə edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör sentyabrın 23-də Milli Məclisdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanın AŞPA ilə əməkdaşlığına dair məsələlər müzakirə edilib. A.Brasör Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətini yüksək qiymətləndirib. O, səfər çərçivəsində keçirdiyi görüşlərdən danışaraq vacib məsələlərin müzakirə olunduğunu söyləyib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin son illərdə keçdiyi inkişaf yolundan bəhs ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan deputatlar 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu qeyd ediblər. Bildiriblər ki, Azərbaycan münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir,

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimad mühiti yaradılması səylərini dəstəkləyir. Bu məqsədlə AŞPA-da vaxtı ilə yaradılan alt komitənin fəaliyyətinin bərpasının vacibliyi vurğulanıb. Ermənistanın qeyri-konstruktiv mövqeyini qeyd edən deputatlar münaqişənin həllində beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.