YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litva Prezidenti Dalya Qribauskayte Prezident İlham Əliyevə təbrik ünvanladı

Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər, ölkənizə isə davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Mən qətiyyətlə inanıram ki, Sizin rəhbərliyinizlə Litva və Azərbaycan dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlıq bundan sonra da fəal və açıq dialoq şəraitində davam edəcək. Ölkələrimizi birləşdirən ortaq maraqlar və daha da genişlənən ikitərəfli münasibətlər ümumi məqsədlərimizə doğru birgə fəaliyyət üçün və vətəndaşlarımızın biznes, təhsil, eləcə də cəmiyyətlərarası mübadilə, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yeni imkanlar açacaq.

İcazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edim. Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm”.