YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34 min 963 sahibkara 2,1 milyard manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34 min 963 sahibkara 2,1 milyard manatdan çox güzəştli kredit verilib.

Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Qeyd edilib ki, bu kreditlər hesabına 160 minədək yeni iş yeri açılıb. Kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və orta həcmli kreditlər təşkil edir. İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47 faiz), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53 faiz) payına düşür.