YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seneqal Respublikasının Prezidenti Məkki Sall Prezident İlham Əliyevi təbrik edib

Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz”.