YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabah Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi aprelin 18-də keçiriləcək. Bu barədə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidentin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir: "Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq".

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.