YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir

«Azərbaycan bu gün Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Belə status isə ölkəmizin dünyada mövqeyini yüksəkltməklə yanaşı onun etibarlı tərəfdaş olaraq sambalının göstəricisinə çevrilib». Bu fikiriləri yap.org.az saytına AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, sentyabrın 20-də təməli qoyulan  “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedirdi.

«Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək.  Qeyd edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə birgə görüləcək. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq»- deyə, F.Muradov vurğulayıb.