YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik ünvanladı

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaq və regional sülhün və sabitliyin güclənməsinə töhfəsini verəcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin”.